4. Ədədlərin arasına əməl işarələrini və mötərizələri elə qoyun ki, doğru bərabərlik alınsın.
a) 6 8 2 = 7
b) 6 8 2 = 60
c) 6 8 2 = 1
d) 6 8 2 = 28
Məsələ həlli
5. Novruz şənliyində hər xonçaya 5 şəkərbura, 4 paxlava və 2 qoğal qoyuldu. Dörd belə
xonçada neçə şirniyyat oldu?
6. Piktoqramda tamaşaya satılan biletlərin
sayı təsvir olunub. Tamaşa
zalı 250 tamaşaçı tutursa, neçə bilet
satılmamış qaldı?
7. Ad gününə 42 qonaq gəldi. Onların
bir hissəsi 8 nəfərlik 3 masaya, qalanları
isə 6 nəfərlik masalara əyləşdilər.
Qonaqların əyləşdiyi 6 nəfərlik
masaların sayı nə qədərdir?
8. Birinci bağlamada 3,
digərində isə bundan iki dəfə
çox yağ paketi var. Bir yağ
paketinin kütləsi 200 q
olarsa, iki bağlamada cəmi
neçə qram yağ olar?
Məsələnin həllinə uyğun
ifadəni seçin və qiymətini tapın.
(3 + 3) ⋅ 200
(3 + 2 ⋅ 3) ⋅ 200
(2 ⋅ 3 - 3) ⋅ 200
3 ⋅ 2 + 3 ⋅ 200
9. Verilmiş ifadələrə uyğun məsələ qurun
və həll edin.