- Çoxrəqəmli ədədi mərtəbə qiymətlərinin cəmi şəklində yazmaqla da hasili
tapmaq olar. Bu zaman vurmanın paylama xassəsindən istifadə olunur.
5 ⋅ 1 127 = 5 ⋅ (1 000 + 100 + 20 + 7) = 5 ⋅ 1 000 + 5 ⋅ 100 + 5 ⋅ 20 + 5 ⋅ 7
5 ⋅ 1 127 = 5 000 + 500 + 100 + 35 = 5 635
Burada 35, 100, 500 və 5 000 ədədləri natamam hasillərdir.
Beləliklə, vurma əməlinin nəticəsini natamam hasilləri
toplamaqla tapmaq olar.
Sahə modeli ilə vurma
5 ⋅ 1 127 = 5000 + 500 + 100 + 35 = 5 635
Natamam hasilləri toplamaqla
alt-alta vurma
2.
Uyğun vuruğu mərtəbə qiymətlərinin cəmi şəklində yazmaqla hasili tapın.
4 ⋅ 2 125
3 215 ⋅ 3
2 ⋅ 4 534
6 ⋅ 2 111
2 101 ⋅ 7
4 ⋅ 5 015
9 ⋅ 4 130
3 812 ⋅ 5
3.
Sahə modelindən istifadə etməklə uyğun ədədləri və natamam hasilləri tapın.
Cavabı hesablayın.
a)
3 ⋅ 2 133
b)
5 ⋅ 1 220
4.
Alt-alta yazmaqla və natamam hasilləri toplamaqla vurma əməlini yerinə yetirin.
417 ⋅ 5
355 ⋅ 4
2 615 ⋅ 3
2 334 ⋅ 5
1 782 ⋅ 6
9 455 ⋅ 7
8 888 ⋅ 8
3 208 ⋅ 9
5.
a = 3 və a = 8 olduqda ifadələrin qiymətini hesablayın.
1 402 ⋅ a + 3 121
12 450 - a ⋅ 891
4 516 ⋅ a - 596 : 4
20 000 - a ⋅ 2 108
6.
Hesablayın və müqayisə edin.
3 347 ⋅ 5 * 18 023
1 126 ⋅ 8 * 612 : 6 + 7 234
25 329 - 6 105 ⋅ 4 * 346 ⋅ 3