Əvəzləmə üsulu. Toplananlardan birini yaxın yüzlüyə, yaxud minliyə tamamlamaqla cəmi
asan tapmaq olar. Bunun üçün uyğun ədəd toplananlardan birinə əlavə olunur (çıxılır).
Onun əvəzində isə eyni ədəd digər toplanandan çıxılır (əlavə olunur) və cəm tapılır.
Fərqi də bu üsulla hesablamaq olar. Belə ki, çıxılan yaxın yüzlüyə və ya minliyə tamamlanır.
Bunun üçün uyğun ədəd həm azalanın, həm də çıxılanın üzərinə əlavə edilir (çıxılır) və fərq
tapılır.