10.
Tarixdə iki dünya müharibəsi olub. 1-ci Dünya müharibəsi 1914-cü ildə başlayıb, 1918-ci
ildə sona çatıb. 2-ci Dünya müharibəsi isə 1939-cu ildə başlayıb, 1945-ci ildə sona çatıb.
- Hər dünya müharibəsi neçə il davam edib?
- 1-ci Dünya müharibəsi bitəndən neçə il sonra 2-ci Dünya müharibəsi başlanıb?
11.
Anarın atasının bank hesabında 18 970 manat pulu var.
- O, maşın alqı-satqı saytından bəyəndikləri
hansı maşını ala bilər?
- O bu maşını alsa, bank hesabında nə qədər
pulu qalar?
- Digər maşını almaq üçün onun nə qədər
pulu çatmır?
12.
Xətti diaqramda şirkətin 6 aylıq gəlir və
xərci haqqında məlumat verilmişdir.
- Şirkətin gəliri fevral ayında yanvar ayı ilə
müqayisədə artmışdır, yoxsa azalmışdır? Nə
qədər?
- Hansı aylarda xərc əvvəlki ayla müqayisədə
artmışdır? Nə qədər?
- Bu şirkətin ən çox qazancı hansı ayda olmuşdur?
Bunu hesablamadan necə müəyyən
etmək olar? Hesablamaqla həmin aydakı
qazancı tapın.