Bəzən azalanın rəqəmi çıxılanın uyğun mərtəbəsindəki rəqəmindən kiçik olur və bu
rəqəmdən soldakı mərtəbədə 0 dayanır. Bu halda həmin rəqəmdən 1 vahid ayırmaq mümkün
olmadığı üçün əvvəlcə sıfırdan fərqli olan ilk rəqəmdən 1 vahid ayırıb sağındakı 0-a 10
vahid kimi əlavə olunur. Bu, lazım olan qədər təkrarlanır. Məsələn: 8 000 - 6 752 = ?
1 minlik ayrılır və yüzlüklərə 10 yüzlük kimi əlavə olunur.
1 yüzlük ayrılır və onluqlara 10 onluq kimi əlavə olunur.
1 onluq ayrılır və təkliklərə 10 təklik kimi əlavə olunur.
5. a = 37 258, a = 45 927 olduqda 70 651 -(a + 5 809) ifadəsinin qiymətini tapın.
6. Əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın. Sonra isə tənlikləri həll edin.
x +3 724 = 9 600 - 2
427
86 000 - m = 19
493 + 60 507
7. Fərqin tapılmasında yol verilən səhvləri müəyyən edin və düzəldin.
Ədədləri açıq şəkildə yazmaqla da fərqi tapmaq olar. Bu zaman uyğun mərtəbə qiymətlərinin fərqi tapılır. Cavablar toplanır. Məsələn: 29 747 - 18 432 = ?