Çoxrəqəmli ədədləri alt-alta çıxmaq üçün əvvəlcə uyğun mərtəbələrdəki rəqəmlər bir-birinin
altında yazılır. Sonra isə təkliklərdən başlamaqla ardıcıl olaraq eyni mərtəbələrdəki
(təkliklər, onluqlar, yüzlüklər və s.) rəqəmlər çıxılır. Çıxmaq mümkün olmadıqda özündən
soldakı mərtəbədən 1 vahid ayrılır və həmin rəqəmə 10 vahid kimi əlavə olunur.
Məsələn:
36 235-14 363 = ?
5-3 = 2
2 yüzl. + 3 onl. =
= 1 yüzl. + 13 onl.
13-6 = 7
6 minl. + 1 yüzl. =
= 5minl. + 11 yüzl.
11-3 = 8
5-4=1
3-1=2