Fəza fiqurunun açılışı - elə müstəvi fiqurdur
ki, onu müəyyən xətlər üzrə qatladıqda
uyğun fəza fiquru alınır.
Güzgü əksi - hər hansı düz xəttə nəzərən
simmetrik alınan fiqur.
Həndəsi ornament - həndəsi fiqurlardan
alınan naxışları müxtəlif cür hərəkət etdirməklə
və boşluq buraxmadan təkrarlamaqla
alınan təsvir. Naxışlar həndəsi fiqurların
müxtəlif hərəkətləri nəticəsində alınır. Bu
təsvirlərdən bəzək kimi istifadə etmək
üçün onları müəyyən qayda ilə rəngləmək
olar.
İzometrik kağız - fəza fiqurlarını təsvir etmək
üçün istifadə olunan kağız. Fəza fiqurunun
tillərini çəkməküçün nöqtələr birləşdirilir.
Koordinat şəbəkəsi - bir-birinə perpendikulyar
çəkilmiş x və y oxları üzərindəki bölgülərə
əsasən nöqtənin yerini təyin etmək üçün istifadə
edilir. Bu oxların kəsişdiyi nöqtə koordinat
başlanğıcı adlanır.
Koordinatlar - koordinat şəbəkəsində nöqtənin
yerini göstərən xvəy oxlarına uyğun ədədlər.
A (5; 6) yazısı A nöqtəsinin koordinat başlanğıcından
5 vahid sağda və 6 vahid yuxarıda
yerləşdiyini göstərir.
Natamam hasillər - təkliklərə, onluqlara, yüzlüklərə
və s.-yə vurmaqla alınan hasillər.
Pərgar - çevrə çəkmək
üçün istifadə olunan alət.
Plan - kublardan düzəldilmiş fiqurun üstdən
görünüşü və hər sütundakı kubların sayı
yazılmış təsvir.