13.
Eyni rəngli ulduzlar eyni rəqəmi göstərir. Uyğun rəqəmləri tapın və hesablayın.
14.
Qanunauyğunluğu tapın və növbəti 3 ədədi müəyyən edin.
a) 640, 570, 500,... b) 30, 60, 120,... c) 25, 52, 106,...
d) 50, 90, 170,...
15.
Qanunauyğunluğu müəyyən edin. Uyğun cədvəl qurmaqla 10-cu fiqurda neçə kub olacağını tapın.
16.
Əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın. Sonra isə tənlikləri həll edin.
12 ⋅ a = 1200 - 36
7 218 : x = 324 : 18
y - 1 125 = 6 000 : 15
m ⋅ 41 = 300 - 136
1 125 + b = 2 215 - 8000 : 20
n ⋅ 12 = 316 - (200 - 161)
k : 40 = 238 + 2 124 : 2
17.
AB parçasının uzunluğunu tapın.
a) AD parçasının uzunluğu 32 sm-dir.
C nöqtəsi bu parçanı yarıya bölür.
BC parçasının uzunluğu 6 sm-dir.
b) BD parçasının uzunluğu 15 sm-dir. Bu, BC parçasının
uzunluğundan 3 dəfə kiçikdir. C nöqtəsi
AB parçasını yarıya bölür.
18.
A nöqtəsi hansı nöqtə ilə birləşdirilsə,
uyğun bucaqlar alınar? Həmin bucaqları
adlandırın.
a) düz bucaq
b) iti bucaq
c) kor bucaq
d) açıq bucaq
19. Mərkəzi M nöqtəsində olan çevrənin
diametri 56 sm, mərkəzi N nöqtəsində olan
çevrənin diametri isə bunun yarısına bərabərdir.
Şəklə əsasən AN parçasının uzunluğunu tapın.
1-ci yarımil üzrə ümumiləşdirici tapşırıqlar