10 minlik 1 onminlik təşkil edir.
10 onminlik 1 yüzminlik təşkil edir.
Yüzminl.
Onminl.
Minl.
Yüzl.
Onl.
Təkl.
Yüzminl.
Onminl.
Minl.
Yüzl.
Onl.
Təkl.
10 minlik = 1 onminlik
10 ⋅ 1 000 = 10 000
10 onminlik = 1 yüzminlik
10 ⋅ 10 000 = 100 000
Çoxrəqəmli ədədlərdə mərtəbələr sağdan başlayaraq üç-üç qruplaşdırılır. Hər belə qrup
sinif adlanır. 1-ci sinif təkliklər sinfi, 2-ci sinif isə
minliklər sinfi adlanır. Hər sinfin təkliyi,
onluğu və yüzlüyü var. Məsələn, minliklər sinfinin təkliyi minliklər, onluğu onminliklər,
yüzlüyü isə yüzminliklərdir. Ədədləri oxuyarkən soldan başlamaqla əvvəlcə hər sinif üzrə
vahidlərin sayı, sonra bu sinfin adı söylənir. Təkliklər sinfinin adı isə söylənmir.
Minliklər sinfi
Təkliklər sinfi
Yüzminl.
Onminl.
Minl.
Yüzl.
Onl.
Təkl.
Rəqəmlərlə yazılışı:
325 236
Sözlərlə yazılışı:
üç yüz iyirmi beş min iki yüz otuz altı
Açıq şəkildə yazılışı:
300 000 + 20 000 + 5 000 + 200 + 30 + 6
DİQQƏT! Adətən, çoxrəqəmli ədədlərin yazılışında siniflər arasında boşluq
qoyulur.