I bənd
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
III bənd
Bağçaları, bağları, zavalsızdır qış-bahar,
Məhəbbəti, şöhrəti dolaşır diyar-diyar.
Al bayraqlar altında, alnı açıq, bəxtiyar
Millət görmək istəyən Azərbaycana gəlsin.