Əksər xalqların milli musiqi mədəniyyəti xalq
musiqisi və professional musiqidən ibarətdir.
Hər bir xalqın özünəməxsus musiqisi var.
Qədimdə musiqinin not yazısı yox idi. Ona görə
də xalq musiqisinin yaradıcıları məlum deyil.
Müəllifi xalq olan bu musiqi nümunələri
nəsildən nəslə şifahi şəkildə ötürülərək bizə
gəlib çatmışdır.
Professional musiqinin müəllifi məlumdur. O,
bəstəkarlar tərəfindən yaranır. Professional
musiqi əsərləri xalq musiqisinə nisbətən
daha müasirdir. Bəstəkar musiqi sahəsində
xüsusi təhsil alan musiqiçidir.