Davul musiqi alətini tembrinə
görə hansı musiqi alətinə oxşat-
maq olar?
Vivaldinin "Tufan" musiqi nümunəsi
hansı musiqi alətlərinin ifasında
səslənir: Avropa, yoxsa Azərbaycan?
Sxemə uyğun dirijorluq edərək
"Şən Azərbaycan" mahnısını oxuyun.
"Dostluq mahnısı" ölçüsünə
görə hansı janrı xatırladır?
Misrası "Hər damlası laylay
çalan göy Xəzərim var" olan
mahnı hansı ladda yazılıb?
Bethovenin "Patetik sonata"sının
ladına uyğun maskanı seçin.
"İgidlər" Azərbaycan xalq rəqsi ritminə
görə hansı rəqslərə bənzəyir?
"Dilarə" mahnısını oxuyun və ritminə
uyğun əl çalın.