“Canım mənim, məmləkətim!”
adlı konserti necə təşkil
etmək olar?
Hər hansı bir konsert müəyyən olunmuş proqram əsa-
sında
keçirilir. Proqram konsertdə ifa olunacaq nöm-
rələrin
siyahısıdır. Konsertin maraqlı və təsirli olması
üçün proqrama müxtəlif xarakterli, janr və formalı kon-
sert
nömrələri daxil edilir. Proqram tərtib olunarkən
müzakirə olunur, nəticədə ifa ediləcək konsert nöm-
rələri
müəyyənləşdirilir.
Konsert haqqında məlumatı əldə etmək üçün afişa ilə
tanış olmaq kifayətdir. Afişada konsertin adı (mövzusu),
keçirilmə tarixi, saatı və konsertin keçiriləcək məkanı
göstərilir.
Mahnını oxuyarkən nəqəratı işarələnmiş hecalara uyğun zərb musiqi
alətlərində müşayiət edin.
Nəqərat:
Hər bir elin
öz yeri var,
Mənim elim doğma
diyar.
Gözəllikdə o bir bahar,
Gələcəyə işıq
saçar.
Qurban olum,
Azərbaycan,
Bu müqəddəs
torpağına!
Baxıb igid
övladına
Qoy sevinsin hər bir
ana!
Qurban olum,
Azərbaycan,
Bu müqəddəs
torpağına!
Baxıb igid
övladına,
Qoy sevinsin
hər bir
ana!