Verilmiş sözlərdən istifadə etməklə cədvəli doldurun.
Rəqsin xarakteri:
təntənəli, fikirli, gümrah, zarafatyana
Müşayiət:
əlçalma, çırtma çalma, nəfəs alətləri, zərb alətləri
Ansamblın növü: duet, trio, kollektiv
Rəqsin adı
Rəqsin xarakteri
Müşayiət
Ansamblın növü
"Yallı"
"Deliloy, deliloy dastanı"
"Azərbaycan"
I bənd
Bu dünyanın bir adı var
Canım mənim, məmləkətim!
Günəş kimi daim yanar
Odlar yurdu, məhəbbətim!
Qoy ucalsın zirvələrə
O yenilməz bayrağımız!
Qayıdacaq bir gün yenə
Hər bir qarış torpağımız.
Nəqərat:
Hər bir elin öz yeri var,
Mənim elim doğma diyar.
Gözəllikdə o bir bahar,
Gələcəyə işıq saçar.
“Azərbaycan”
Musiqisi Hüseyn Abdullayevin,
sözləri İsmayıl Dadaşovundur.
II bənd
Öz sözü var, hörməti var
Ölkələrin arasında.
Belə gözəl, belə zəngin var
Dünyanın harasında?!
Vətənimin məğrur gücü,
Öz ürəyi, ilhamı var.
Xoş günlərə gedən yolda
Bir əbədi bayramı var.
Nəqərat.
Qurban olum, Azərbaycan,
Bu müqəddəs torpağına!
Baxıb igid övladına
Qoy sevinsin hər bir ana!
Xora ifa qaydalarına riayət etməklə "Azərbaycan"
mahnısını oxuyun.
Dərsdəki hansı fəaliyyətinizə görə özünüzü tərifləyərdiniz?