"Şəkillər haqqında mahnı"
Musiqisi Qriqori Qladkov-Yuginin,
sözləri Aleksandr Kuşnerindir.
I bənd
Görsən əgər sən şəkildə
Çəkilib çay dərədə,
Ya küknar bəyaz örtükdə,
Ya bulud bağ üstündə,
Ya geniş qarlı düzənlik,
Ya tarla və daxma var.
Bu şəkillərə deyərdik:
Bu ki mənzərə, dostlar.
II bənd
Görsən əgər sən şəkildə
Fincan vardır masada,
Ya şirə böyük qrafində,
Ya güllər büllur vazda,
Ya bürünc qab çəkilibdir,
Ya armud və yaxud tort.
Bu şəkillərə deyərdik:
Bu ki dostlar, natürmort.
"Şəkillər haqqında mahnı"nı oxuyaraq
dirijorluq edin.
III bənd
Görsən əgər sən şəkildən
Baxır bizlərdən biri,
Ya padşah qədim geyimdə,
Ya fəhlədir fikirli,
Ya pilot və ya rəqqasdır,
Ya bir qız saçında lent.
Bu şəkillərə deyərdik:
Bu ki, dostlarım, portret.
Cümləni necə tamamlayardınız?
"İndi mən bilirəm ki,...".