Müxtəlif obrazları, həyat hadisələrini, füsunkar təbiət
lövhələrini əks edən rəsm əsərlərindən müxtəlif sərgilər
təşkil olunur. Sərgilərdə bələdçilər tamaşaçıları natür-
mort,
portret və mənzərənin məzmunu ilə tanış edir.
Bəzən sərgilərdə nümayiş olunan təsviri incəsənət
əsərlərinə uyğun musiqi əsərləri də səsləndirilir. Həmin
musiqi əsərləri sərgidən alınan təəssüratları daha da
zənginləşdirir.