I bənd
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan.
Qoy mən yenə söhbət açım ilk baharımdan,
Nəğməm ilə bir də keçim öz diyarımdan!
II bənd
El qızları düzüm-düzüm Kür qırağında,
Min gül açıb Gəncəmizin hər budağında.
Dost elləri Qarabağın dağ vüqarlıdır,
Gen çölləri bu torpağın xoş baharlıdır!
Nəqərat:
Bol bəhrəli Muğan düzü,
Mil düzü, Şirvan düzü
Gəl, gəl deyir şən Azərbaycan!
Tər gülləri şəfalıdır,
Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan!