QAYDALAR
Musiqi əsərini dinləmə qaydaları:
Əvvəldən axıra qədər diqqətlə dinləyin.
Dinləyərkən sakitliyə riayət edin.
Mahnının ifa qaydaları:
Qamətinizi düz saxlayın.
Nəfəsi burunla alın, ağızla yavaş-yavaş buraxın.
İfa zamanı sözləri düzgün tələffüz edin.
İntonasiyaya diqqət yetirin.
Mahnını ifadəli oxuyun.
Xorla oxu qaydaları:
İfa zamanı müəllimin göstərişlərinə diqqət yetirin.
Bir mahnını eyni anda oxumağa başlayın və birgə bitirin.
İfa zamanı başqalarından geri qalmayın və tələsməyin.