Verilmiş şeirlərdən “Xoş gəlmisən, Novruzum!” mahnısının məzmunu-
na uyğun olanını seçin.
Mənəm qanadlı çiçək,
Adım isə kəpənək.
Al-əlvan xallarım var.
Qızıl kimi parıldar.
Abdulla Şaiq
Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Bəxtiyar Vahabzadə
Qaranquş ol zaman gələr,
Yenə tikər yuvasını,
Qonar yaşıl ağaclara,
Oxur gözəl havasını.
Abbas Səhhət
“Musiqili bağlama” oyununun qaydaları:
4 qrupa bölünün. Qruplardan bir nümayəndə masadakı sinidən
müxtəlif formalarda
(qoğal, paxlava, şəkərbura) üç boş kart, bir ləçək və iki nömrəsi
olan bir kart (yuxarı-
da - qrupun öz nömrəsi, aşağıda -
bağlama ilə dəyişəcəyi qrupun nömrəsi) götürür.
Hər qrup üç boş karta "Novruz" mövzusuna uyğun bir mahnı, bir rəqs
adı və sual
yazır. Sonra onları ləçəyə qoyub bağlama düzəldir. İki nömrəli
karta əsasən bağlamalar
qruplar arasında dəyişdirilir. Həmin bağlamalarda olan kartlara
görə qruplar növbə ilə
mahnı oxuyur, rəqs edir və sualı cavablandırırlar.
Kartlarda qeyd olunmuş musiqi nümunələrinin bir
parçasını ifa edin və suala cavab verin.
İncəsənətin növləri
haqqında daha nəyi
öyrənmək istəyərdiniz?