I bənd
Yığışdı bütün ellər,
Yaza salam deməyə,
Gəldi güllər, çiçəklər
Sevinib, rəqs etməyə.
Yaşıl geydi tarlalar:
"Baxın, görün kim gəlib?
Gülər üzlü Novruzum
Bol bərəkət gətirib!"
Nəqərat:
Ay kosa-kosa, gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.
II bənd
Bahar gəldi çöllərə,
Torpaq oyandı artıq.
Hər vaxt bahar gələndə
Sevinib ucalarıq.
Xoş gəlmisən, Novruzum!
Qədəmlərin mübarək!
Hər tərəfdə nəğmələr,
Dörd tərəfin gül-çiçək.
Nəqərat:
“Xoş gəlmisən, Novruzum!”
III bənd
Fındıq, qoz, badam, püstə,
Süfrələri bəzəyir,
Şəkərbura, paxlava,
Qonaqları gözləyir.
Qapılar döyüləndə
Soruşuruq: "Kimsən sən?"
Açıb, görürük yerdən
Papaq deyir: "Mənəm, mən!"
Nəqərat.
Son üçün:
Ay kosa-kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay kosa-kosa, gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.