“Musiqi alətləri” oyununun qaydaları:
Qruplara bölünün. Hər qrupun bir üzvü növbə ilə masaya yaxınlaşıb
"Balaca
dirijor" mahnısının mətni və müxtəlif musiqi alətlərinin adı
yazılmış (arfa, kamança,
tar, skripka, saz, ney, çəng, zəng, nağara, gitara, qanun, dəf,
fleyta) iş vərəqini
götürür. Mahnının mətnində olan musiqi alətlərinin adını iş
vərəqində yazılmış
musiqi alətlərinin adı ilə əvəz edir: I bənddə Avropa musiqi
alətlərinin adları ilə, II
bənddə Azərbaycan xalq musiqi alətlərinin adları ilə.
Hər qrup növbə ilə mahnının mətnində etdiyi dəyişikliklərlə onu
ifa edir.