“Dostluq mahnısı”
I bənd
Dörd dost, dörd ürək, dörd yoldaşıq biz,
Birdir arzumuz, istəklərimiz.
Hər gün suları tən yara-yara
Birgə gedirik biz buruqlara.
Nəqərat:
Ayrılmaz dostlarıq biz,
Tükənməzdir qüvvəmiz.
Qarşımızda baş əyir
Mavi dalğalı dəniz.
III bənd
O kəs dünyada çox bəxtiyardır,
Sadiq, ayrılmaz dostları vardır.
Dərdi, sevinci birgə bölürlər.
Birgə qəm çəkib, birgə gülürlər.
Nəqərat.
II bənd
Günəş nur saçır yollarımıza,
Dostluq güc verir qollarımıza.
Dostluq solmayan baharımızdır,
Hər vaxt sədaqət şüarımızdır.
Nəqərat.
“Dostluq mahnısı”nda əks olunan hisslərə uyğun verilmiş cizgi film-
lərindən birini seçin.
"Pıspısa xanım və Siçan bəy" cizgi filmi
"Cırtdan" cizgi filmi