Musiqi əsərlərinin yayılmasında televiziya böyük rol oy-
nayır.
Televiziya kanallarında nümayiş olunan kino və
cizgi filmləri, musiqi və əyləncəli proqramlarda tanınmış
Azərbaycan və dünya bəstəkarlarının musiqi əsərləri
səsləndirilir. Kino və cizgi filmlərində müxtəlif xarakterli
musiqi nümunələrindən istifadə olunur. Bu nümunələr
filmdə baş verən hadisələri, filmin məzmununu və bə-
dii
obrazların əhvali-ruhiyyəsini əks etdirir. Bu da ta-
maşaçıların
hisslərinə təsir edir və film haqqında təəs-
süratlarını
daha da gücləndirir.