Günəşin şikayəti
Günəş hər gün al şəfəqlərini saçaraq Yer üzünü işıqlandırırdı.
Onun işığı və istisi
insanları sevindirir, təbiəti canlandırırdı. Bir gün ətrafa
qaranlıq çökdü. Yağış dayan-
madan yağır, külək əsir, hava
soyuyurdu. Qara buludlar Günəşi
mühasirəyə almışdı. Günəş onlardan şikayət etdi:
"Buludlar parlamağa, istilik verməyə mənə mane olur.
Mən şəfəq saçıb insanlara, təbiətə işıq, istilik ver-
məliyəm.
Mənsiz yer üzündə hər şey donar!"
Pişik və siçan
Kəndimizdəki evlərdən birində böyük ailə yaşayırdı. Ailənin
sevimli bir pişiyi var idi.
Bəzən pişik evdə tək qalanda çox darıxırdı.
Günlər keçdi. Evin zirzəmisində bir siçan məskunlaşmışdı. Günlərin
bir günü pişik
siçanla rastlaşdı. Pişik çox sevindi, çünki evdə tək qalanda
oynamaq üçün dost tapıldı.
Evdə siçanın olmasını bilən ailə üzvləri onu tutmaq üçün bir neçə
tələ qurdu. Lakin
pişik siçanın tələyə düşməsini istəmirdi.
Bir gün səhər yuxudan duran ev sakinləri bütün tələləri zibil
qutusunda gördülər. Sən
demə, pişik dostunu xilas etmək üçün evdəki tələləri həmin qutuya
atıbmış.
Dərsdə fəaliyyətlərinizi hansı
sima ilə qiymətləndirərdiniz?