“Dilarə” mahnısının məzmununa uyğun atalar sözünü seçin.
Bu günün işini sabaha qoyma.
İş insanın cövhəridir.
Dost yaman gündə tanınar.
Kitab bilik mənbəyidir.
Mahnının hissələrini ritm və tempinə uyğun müşayiət edin.
"Hekayə pyesi"
Musiqisi Qara Qarayevindir.
Verilmiş mətnlərdən “Hekayə” pyesinin xarakterinə uyğun olanını
seçin.
Dostlar
Mən sinfimizdəki uşaqlar: Kamilə, Mikayıl, Gülsüm, Arif və Rəna
ilə dostluq edirəm. Dərsdən sonra biz bir yerdə oxuyur, oynayır
və
əylənirik. Biz yaxşı oxumağa çalışır, çətinlik çəkən zaman
bir-birimizə
kömək edirik.
Tətildən sonra Arif məktəbə gəlmədi. Müəllim mənə müraciət edərək
soruşdu:
- Ayxan, Arifin məktəbə gəlməməsinin səbəbini bilirsən?
Mən Arifin yıxılaraq ayağının möhkəm əzildiyini müəllimə
bildirdim.
Hər gün dostlarımızdan birinin növbə ilə Arifgilə gedib ev
tapşırıqla-
rını birlikdə yerinə yetirdiyimizi də söylədim.
Müəllim dedi:
-Afərin, Ayxan! Siz həqiqi dostlarsınız.