Bəstəkarlar musiqi əsərlərini yazarkən səsaltı sədalar
üsulundan da istifadə edirlər. Bu üsul ikisəsli
musiqinin bir növüdür. Səsaltı sədalar əsas
melodiyadan asılı olur. Onlar melodiyanın müəyyən
bir hissəsini eyni, zil və ya bəm səsdə təkrarlayır. Bu
zaman əsas melodiya daha təsirli və ifadəli olur.