“Zarafatyana kanon” oyununun qaydaları:
Sinif iki qrupa bölünür: birinci qrup (1-ci səs), ikinci qrup
(2-ci səs).
"Zarafatyana kanon"u oxuyarkən hər misraya uyğun müəyyən
hərəkətlər
yerinə yetirilir: 1-ci misrada əl çalma, 2-ci misrada əlləri
havada yellətmə,
3-cü misrada şəhadət barmaqlarını silkələmə, 4-cü misrada ayaqları
tappıldatma.
Oyuna I qrup başlayır: I qrup 1-ci misranı bitirib 2-ci misraya
keçəndə II qrup
1-ci misranı oxumağa başlayır. Beləliklə, oyun kanon şəklində
davam edir.
Mahnının kanonla ifası zamanı şəkillərdə verilmiş hərəkətləri icra
edin.
Unison birsəslilik, bir neçə
ifaçının birlikdə eyni musiqini
ifa etməsidir.
Cümləni necə tamamlayardınız?
'Bugünkü dərs mənim üçün...".