RİTMİK İKİSƏSLİLİK
Mahnıların müşayiətində
ritmik ikisəsliliyi necə
təşkil etmək olar?
Musiqi nümunələrini müxtəlif üsullarla müşayiət etmək olar:
əl və çırtma çalmaqla, rəqs və marş hərəkətləri ilə, hər hansı
bir musiqi alətində müşayiət etməklə və s. Ritmik müşayiəti
eyni zamanda bir neçə üsulla da yerinə yetirirlər. Bu zaman
ritmik müşayiətdə ikisəslilik yaranır. İkisəsli müşayiətin hər
bir səsinin fərqli ritmik şəkli olur.
"Azərbaycana gəlsin"
Musiqisi Tofiq Quliyevin,
sözləri Süleyman Rüstəmindir.
"Azərbaycana gəlsin"
I bənd
1-ci şagird
əl çalmaq
2-ci şagird
əlləri havada yellətmək
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
Verilmiş sxemə uyğun hərəkət edərək “Azərbaycana gəlsin” mah-
nısının birinci bəndini cütlərlə oxuyun.