Bəzən dağlarda, qayalarda danışarkən, oxuyarkən səsimiz
bir və ya bir neçə dəfə təkrarlanır. Təkrarlar eyni və ya
fərqli ola bilər. Bu, əks-sədadır. Musiqidə də əks-sədadan
(imitasiya) istifadə
olunur.
"Əks-səda" mahnısında imitasiyadan istifadə edilib.
Mahnıda imitasiya zamanı bəzi sözlərin sonluqları təkrar
olunur. "Dağlarda əks-səda" pyesində isə bir musiqi
parçası eynilə əvvəl zildə, sonra bəmdə səslənir. Pyesdə
əks-sədanın imitasiyasında dinamik çalarlardan da
istifadə edilmişdir.