"Dağlar"
Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadənindir.
"Dağlar"
I bənd
Dərələri çox dərin
Köhlən buludlu dağlar.
Suları buzdan sərin
Ey şabalıdlı dağlar.
Nəqərat:
A dağlar, qarlı dağlar,
Hamıdan varlı dağlar.
A dağlar, uca dağlar,
Hamıdan qoca dağlar.
II bənd
Döşü güllü-çiçəkli,
Yoncalı, biçənəkli,
Meşələri tənəkli,
Moruqlu, tutlu dağlar.
III bənd
Bülbüllərin gülşəni,
Ceyranların məskəni,
Qəhrəmanlar Vətəni,
Ey qartal yurdlu dağlar!
Nəqərat.
Nəqərat.
“Dağlar” mahnısında melodiya ilə mətnin
uyğunluğunu bir neçə cümlə ilə ifadə edin.
“Dağlar” mahnısını oxuyaraq dirijorluq edin.
Dirijorluq sxemi
bir və
iki və