“İntervalı tapın” oyununun qaydaları:
Qruplara bölünün. Hər qrupun bir üzvü növbə ilə masaya
yaxınlaşsın. O, 6 musiqi
nümunəsinin adları yazılmış kartlardan birini və kartondan
hazırlanmış 12 notun
fiqurlarını götürüb, öz qrupuna təqdim etsin.
Ardıcıllıqla səsləndirilən musiqi nümunələrindən kiçik parçaları
növbə ilə dinləyin.
Hər musiqi nümunəsinin adı yazılmış kartda onun ilk intervalına
uyğun not fiqur-
larını düzün. Sonra həmin kartda intervalın
adını yazın.
Musiqi nümunələrinin ilk intonasiyasının intervalını müəyyən edin.
Nümunə: "Qatar" mahnısına aid kart
İntervalların müəyyən edilməsində sizə nə
kömək etdi?