Verilmiş sxemə görə musiqi parçasında intervalları müəyyən edin.
"Əməyi sevirik biz!"
Musiqisi Rəşid Şəfəqin,
sözləri Rüfət Əhmədzadənindir.
"Əməyi sevirik biz!"
I bənd
Əmək dərsi keçirik, doğma məktəbimizdə,
Əl işi öyrənməyə böyük həvəs var bizdə.
Hamımıza xoş gəlir bu sevimli dərsimiz,
Əməyi sevirik biz, əməyi sevirik biz!
II bənd
Biri dəmir düzəldir, biri gözəl ev qurur,
Bir qız da ağ parçaya əlvan naxışlar vurur.
Balaca qəlbimizdə sevinc dolu bir dəniz
Əməyi sevirik biz, əməyi sevirik biz!
III bənd
Elvin dülgərlik edir, Günay xalı toxuyur,
Hərə öz işi ilə sakitcə məşğul olur.
İşlədikcə həvəslə fərəhlənir qəlbimiz,
Əməyi sevirik biz, əməyi sevirik biz!
IV bənd
Məktəbin həyətində əkmişik gül-çiçək,
Açılıb hər tərəfdə nərgizlər, qərənfillər.
Necə də gözəlləşib sevimli məktəbimiz.
Əməyi sevirik biz, əməyi sevirik biz!
Əməyi sevirik biz!” mahnısının hər bəndinin 4-cü sətrini nümunədəki
kimi oxuyun.
Nümunə üçün:
1-ci səs
Əməyi sevirik biz, əməyi sevirik biz!
2-ci səs
Əməyi - - - i - - - i - - - i - - - i sevirik biz!