Mahnılar vokal musiqiyə aiddir. Vokal musiqisi səs (oxu- maq)
üçün yazılmış musiqidir. Həmin musiqini müxtəlif
tərkibli ifaçılar qrupu - ansambllar ifa edir. Digər kollek- tivlər
kimi vokal ansamblları da ifaçıların sayına görə
müxtəlif olur: duet, trio, kvartet, kvintet və s.
Mahnıları ifa edən
kollektivləri necə
müəyyən etmək olar?
Vokal kollektivlərinə dirijor rəhbərlik edir. İfaçı sayına görə
ən iri vokal kollektivi xor adlanır. Bəzi xorların
instrumental müşayiəti yoxdur. Belə xorlar a kapella
adlanır.
Xor kollektivləri ifaçıların sayına və tərkibinə (kişi,
qadın, uşaq, qarışıq), professional hazırlığına və ifa
tərzinə görə bir-birindən fərqlənir.
Dirijor musiqi əsərinin ifasını
idarə edən musiqiçidir.
Verilmiş fikirlərə uyğun anlayışları seçin.
Fikirlər
Üç nəfərdən ibarət vokal ansamblın ifası
Birgə, cəm halında kiçik vokal qrupunun ifası
Birgə, cəm halında böyük vokal kollektivinin ifası