Sağ, sağ, sağ ayağın qabağa,
Sol, sol, sol ayağın qabağa.
Bir addım irəli,
Sol ayağın qabağa.
Bir addım geriyə,
Sağ ayağın qabağa.
Sağ ayağın irəli,
Sol ayağın irəli.
Bu gün ayın üçüdür,
Girmə, bostan içidir,
Ay, hay, a yallı!
Ay, hay, a yallı!
Yallılar kütləvi xalq rəqsləridir.
Onlarda mərdlik, çeviklik, sevinc
öz əksini tapır. Rəqs musiqisinə
mətn (şeir) əlavə olunanda yallıları
mahnı kimi də ifa edirlər.
Azərbaycan xalq mahnısı "El yallı"
bu gün xalq arasında həm rəqs,
həm də mahnı kimi tanınır.
“El yallı” mahnısını oxuyarkən kollektiv şəkildə rəqs edin.