"Qoy skripkaları kökləsinlər"
"Qoy skripkaları kökləsinlər"
Çex xalq mahnısı
I bənd
Skripkaları kökləyin, tez olun.
Şeypurları qaldırın, tez olun.
Bayram keçiririk burda bu gün.
Yaşlı, gənc də rəqs edəcək bu gün.
Tra-la-la-la! Tra-la-la-la!
Yaşlı, gənc də rəqs edəcək bu gün.
II bənd
Əgər kim oynamaq istəməsə,
Onsuz da başlayarıq biz rəqsə.
Dabanlar da özləri vuracaq,
Başmaqlar özləri oynayacaq.
Tra-la-la-la! Tra-la-la-la!
Başmaqlar özləri oynayacaq.
III bənd
Biçinçilər tarladan gəldilər-
Fleytalar da həvəslə çaldılar.
Yaşlı və gənclər indi rəqs etsin.
Səhərədək bayram davam etsin.
Tra-la-la-la! Tra-la-la-la!
Səhərədək bayram davam etsin.
“Qoy skripkaları kökləsinlər” mahnısını ifa edərkən
müxtəlif ansambllarda çalmağı hərəkətlərlə təsvir edin.
Nəfəs, zərb və simli alətlər ansambllarına
daha harada rast gəlmişsiniz?