İnstrumental ansambllar eyni və ya müxtəlif musiqi
alətlərində çalan musiqiçilərdən ibarət olur. İfaçıların
sayına görə ansambl müxtəlif adlar daşıyır: duet (iki ifaçı),
trio (üç ifaçı), kvartet (dörd ifaçı), kvintet (beş ifaçı) və
s.
Ansambldakı musiqiçilər əsərin ifasının eyni vaxtda
başlanmasına və bitməsinə, temp və ritminə, dinamik
çalarlarına və s. diqqət yetirməlidirlər.
Elə əsərlər var ki, onlar bir alət üçün yazılsa da, həmin
əsəri digər musiqi alətləri, müxtəlif instrumental
ansambllar da ifa edir. Belə əsərlərdən biri alman
bəstəkarı İohannes Bramsın fortepiano üçün yazılmış
"5 nömrəli macar rəqsi"dir. Bu əsər macar xalq rəqsinin
melodiyasına əsasən yazılmışdır.