MUSİQİLİ KÖRPÜLƏR
Bəstəkarlar öz əsərlərində xalq musiqisindən geniş
istifadə etmişlər və indi də edirlər. Digər xalqların
mövzusuna müraciət etdikdə isə həmin xalqın me-
lodiya və
ritmlərindən öz əsərlərində istifadə edirlər.
Belə əsərlərdən biri görkəmli Azərbaycan bəstəkarı
Əşrəf Abbasovun Süleyman Sani Axundovun əsəri
əsasında yazdığı "Qaraca qız"
baletidir. Bəstəkar bu
baletdə Qaraca qız obrazını yaratmaq üçün qaraçı
musiqisinin ritmlərindən istifadə etmişdir.
Bəstəkarlar öz əsərlərində
niyə xalq musiqisindən
istifadə edirlər?
Balet məzmunu, əsasən, rəqs
etməklə ifadə
olunan musiqili səhnə əsəridir.
Baletin qısa məzmunu:
Əsərdə körpəlikdən ata-anasını
itirən xeyirxah və cəsarətli Tutunun
(Qaraca qız) taleyindən danışılır. Bu
qız əvvəl qaraçıların, sonra isə Piri
babanın himayəsində yaşayır.
Piri baba zəngin bir ailənin bağba-
nıdır. Tutu ailənin qızı Xədicə
(Ağca) ilə dostluq edir. Tutu dostlu-
ğuna sadiq qalaraq
rəfiqəsi Ağcanı
ölümdən qurtarır.