Professional musiqini
xalq musiqisindən necə
fərqləndirmək olar?
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli milli
professional musiqinin banisidir. Onun
Azərbaycan mədəniyyətinin inkişafında böyük
xidmətlərindən biri də ilk dəfə olaraq
Azərbaycan xalq mahnılarını toplaması və nota
köçürməsidir. Üzeyir Hacıbəylinin bu işini digər
Azərbaycan bəstəkarları davam etdirmişdir.
Müslüm Maqomayev, Asəf Zeynallı, Fikrət
Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və
başqalarının da xalq musiqisinin qorunub
saxlanmasında böyük xidmətləri olmuşdur.