Təbii fəlakətlər dedikdə hansı hadisələr nəzərdə tutulur?
Texnogen qəza nədir və onun təbii fəlakətlərdən fərqi nədədir?
Sizcə, nə üçün mənzildə yanğın baş verən zaman pəncərələri
açmaq olmaz?
Mənzildə qaz sızması varsa, elektriki yandırmaq nə üçün təhlükəlidir?
Zəlzələ baş verən zaman binanı tərk edərkən nə üçün liftdən
istifadə etmək olmaz?
Qasırğa və fırtınadan başqa,
hansı təbii fəlakət zamanı
ağac altında durmaq insan
həyatı üçün təhlükə yaradır?
Nə üçün hər bir ailənin
fövqəladə hallara
hazırlıq planı olmalıdır?
Sizin ailənizdə
belə bir plan varmı?
Bu planda nələr nəzərdə
tutulur? Ailə
üzvlərinizlə bu barədə
söhbət edin və
plan hazırlayın.