Şəkillərdə uşaqların hansı vəzifələri təsvir edilib?
Valideynlərin vəzifələri nədən ibarətdir?
Sizcə, yaxşı oxumayan, dərsə gecikən, səliqəsiz geyinən və
müəllimin verdiyi tapşırıqları zamanında etməyən bir şagird
hansı vəzifələrini yerinə yetirmir və onda hansı vərdişlər
yoxdur?
Sizcə, həm valideynlərin, həm də uşaqların vəzifələrini yerinə
yetirməsi nə üçün vacibdir?
Ailədə üzərimizə düşən vəzifələri icra edərkən verilən xüsusiyyətlərdən
hansıları öyrənirik?
a) Məsuliyyətsiz olmağı
b) Qarşımıza məqsədlər qoymağı
c) Laqeydliyi
d) Əməksevərliyi
e) Tənbəllik etməyi