15 may bütün dünyada Ailə
Günü kimi qeyd edilir. Bu
əlamətdar gün Birləşmiş
Millətlər Təşkilatının
təşəbbüsü ilə keçirilir.
Müasir ailələrdə bir çox və-
zifələr dəyişib. Əgər əvvəl-
lər ailənin təminatı ilə atalar,
körpə uşaqların tərbiyəsi
ilə analar məşğul olurdu-
larsa, bu gün bunun əksini
də görmək mümkündür.
Ailədə münasibətlər nə qə-
dər düzgün və uğurlu quru-
lursa, bu, cəmiyyətin inkişafı-
na bir o qədər müsbət təsir
göstərir. Ailədə doğru ye-
tişdirilmiş fərd hər zaman
cəmiyyətə xeyir verir.