Şəkillərdən hansılarda canlıların bioloji varlıq olduğunu göstərən
xüsusiyyətlər təsvir edilib? Bu xüsusiyyətləri adlandırın.
İnsan digər canlılarla hansı eyni xüsusiyyətlərə malikdir?
1) Özünə uyğun mühit yaratmağa çalışır.
2) Qidalanır, böyüyür.
3) Danışmağı və düşünməyi bacarır.
4) Yaşamaq üçün suya və havaya ehtiyacı var.
Şəkillərdən hansında insanın bioloji varlıq olduğunu göstərən
xüsusiyyətlər təsvir edilib? Nə üçün belə düşünürsünüz
İnsanın sosial varlığa çevrilməsi üçün ilk bacarıqları hansılardır
və onlar harada əldə olunur?
Qeyd edilənlərdən hansı insanın ünsiyyət vasitəsilə qazandığı ilk
bacarıqdır? Fikrinizi əsaslandırın.
a) yatmaq
b) su içmək
c) şahmat oynamaq
d) qidalanmaq
e) danışmaq