Bölmə 1. Canlı həyat
Qədim insan qidalanmaq, yaşamaq, özünü təmin etmək üçün hər zaman təbiətdən yararlanmışdır. Lakin zaman keçdikcə insan və təbiət arasında münasibət dəyişib. Böyük şəhərlər tikilib, zavodlar, fabriklər işə salınıb. Elmin, texnikanın inkişafı insanın həyatına müsbət təsir göstərsə də, bu, çox vaxt təbiətə, təbiətdəki canlılara ziyan vurub. Zavodlar, fabriklər, avtomobillər, təyyarələr havanı zərərli qazlarla çirkləndirir. Faydalı qazıntıların çıxarılması çəmənliklərin, meşələrin azalmasına səbəb olur. Çirklənmiş çayların suyunun dənizə tökülməsi nəticəsində oradakı canlılar zərər görür.
Bəzən insanlar bitkilərə zərər verən həşəratları məhv etmək üçün kimyəvi maddələrdən istifadə edirlər. Bu maddələr onları məhv etməklə bərabər, digər canlılara da mənfi təsir göstərir. Nəticədə faydalı cücülər, onlarla qidalanan quşlar da zəhərlənir. Yağış yağdıqda isə zəhərli maddələr sulara qarışaraq çaylara, dənizlərə tökülür və oradakı canlılara təsir göstərir. Bu maddələr su ilə qidalanan bitki, tərəvəz və otla heyvanların ətinə, südünə keçir. Nəticədə mənşəli qidalarla qidalanan insanların bədəninə keçərək meyvə, heyvan orada toplanır və xəstəliklərə səbəb olur.