Temperaturdan asılı olaraq
heyvanların aktivlik dövrü
dəyişir. Avropanın cənu-
bundakı kərtənkələlər 9 ay,
şimaldakılar isə daha az
aktiv olur.
Timsahlar və tısbağalar yu-
murtalarını torpağın günəş
enerjisi ilə yaxşı isinən
yerlərinə basdırır.
Canlıların yaşadıqları mü-
hit amilləri onların yaşa-
masına, inkişafına mühüm
təsir göstərir. Bu
amillər heyvanların mühitə
uyğun qruplaşmasında
rol oynayır.