Çörək, meyvə və digər qida məhsulları üzərində mikroorqanizmlərin
zərərli təsiri müşahidə edilərsə, necə davranmaq
lazımdır? Səbəbini necə izah edərsiniz?
Mikroorqanizmlərin ziyanı
Mikroorqanizmlərin faydası
a) torpağın əmələ gəlməsi
b) dərman hazırlanması
c) qida maddələrinin kiflənməsi
d) ölmüş heyvanların çürüməsi
e) balıqçı torlarının çürüməsi
f) qidanın bağırsaqda həzmi
g) süd məhsullarının alınması
h) çörəyin kiflənməsi
Çoxunuz payızın sonunda meşədə, parkda ağacların tökülmüş
yarpaqlarının, qırılmış budaqlarının yerdə qalın bir təbəqə
əmələ gətirdiyini görmüşsünüz. Bir müddətdən sonra onlardan
əsər-əlamət qalmır. Sizcə, buna səbəb nədir?