Mikroorqanizmlərin
insan həyatındakı
rolu.
Fəaliyyət
üçün laızmdır:
1
Şüşə qaba ilıq su
əlavə edin və içə-
risinə 4 ədəd
qənd ataraq
qarışdırın.
2
Alınan qarışımın
içərisinə bir az
quru maya əlavə
edin.
3
4-5 dəqiqəlik isti
yerə qoyun, sonra
yaranan vəziyyəti
müşahidə edərək
nəticələri qeyd
dəftərinə yazın.
4
Eyni prosesi bu
dəfə plastik
qabda edin.
5
Plastik qabın
başına rezin şar
keçirin.
6
Baş verənləri
müşahidə
edərək nəticəni
qeyd dəftərinə
yazın.
Sizcə, stəkandakı qarışımın köpməsinin səbəbi nədir?
Rezin şarın hava ilə dolması nəyi göstərir?
Xəmirin şişməsi ilə bu proses arasında hansı əlaqə var?
Sizcə, bu mikroorqanizmlər faydalı, yoxsa ziyanlıdır?
Nə üçün belə düşünürsünüz?