ABŞ alimləri insan ölümünə səbəb olan ən təhlükəli canlıları açıqlayıblar. Sən demə, ən
təhlükəli heyvan- lardan
biri ağcaqanaddır. Ona görə də onlarla daim mübarizə aparılmalıdır.
Çəyirtkələr və əksər böcəklər əkin sahələrinə ziyan vurur. Lakin Qədim Misirdə əkin
sahələrinin əsas ziyanvericisi begemotlar hesab olunurdu.
Təbiətdəki heyvanlardan qidalanmaq, dərman və geyim hazırlamaq üçün istifadə edilir. İnsana
zərər verən heyvanlar da var.
Verilən fikirləri həşəratların faydası və
ziyanı olaraq qruplaşdırın.
a. Həşəratların faydası
b. Həşəratların ziyanı
Parəbüzən bitki
zərərvericilərini məhv
edir. Onların sayını
azaldır.
Qarışqa torpaqda
yollar açır, onu
yumşaldır.
Danadişi torpaqda
yaşayır və bitki
kökləri ilə qidalanır.
Çəyirtkə bitkilərin
müxtəlif hissələri
ilə qidalanır.