Ev heyvanlarını bəsləməsi
insanın həyatında necə rol oynayır?
Heyvanların bəslənməsində
hansı qaydalara əməl
olunmalıdır?
Ev heyvanlarının bəslənilməsi
zamanı əməl etməli olduğunuz
qaydalar barədə məlumat
vərəqi hazırlayın və məktəbdə
paylayın.
Sizcə, zəhərli hörümçəklərin insanı sancması
nələrə səbəb olur? Hörümçək sancması
zamanı insana necə yardım edilməlidir?
Azərbaycanda boz, sarı, qara əqrəb geniş yayılıb. Bu əqrəblərə
harada rast gəlmək olar? Əqrəb sancmasının insana təsiri
haqqında məlumat toplayın. Bu zaman insana necə yardım
olunmalıdır?
boz əqrəb
sarı əqrəb
qara əqrəb
Səhv fikiri seçin. Seçiminizi əsaslandırın.
İpəkqurdunun hazırladığı sapdan parça toxunur.
Zəlilərin zəhərindən dərman hazırlanır.
Milçəklər qurd xəstəliklərinin yayılmasına səbəb olur.
Hörümçəklər bitki kökləri ilə qidalanaraq onları məhv edir.