Qeydlər götürməklə Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında mətni dinləyin.
1. Cəmiyyət nə vaxt yaradılıb?
2. Kimin təşəbbüsü ilə yaradılıb?
3. Təşkilat hansı məqsədlə yaradılıb?
4. Nigar xanım Şıxlinskaya bu təşkilatda necə fəaliyyət göstərib?
2
Dinləmə mətnində hansı məlumat yoxdur?
1. Cəmiyyətin ilk könüllü tibb bacısı Nigar Şıxlinskaya olmuşdur.
2. Cəmiyyət XX əsrin əvvəllərində yaradılmışdır.
3. Hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd
olunur.
4. Qızıl Aypara Cəmiyyəti humanitar təşkilatdır.
3
Oxuduğunuz və dinlədiyiniz mətnlərə istinad etməklə Nigar xanım Şıxlinskaya
haqqında məlumat vərəqi hazırlayın.
4
Təsəvvür edin ki, siz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvüsünüz. Aşağıda
təsvir olunan fövqəladə vəziyyətlərlə bağlı kiçik mətn qurub danışın.