Söz ehtiyatı
2
"Söz mücrüsü"ndən uyğun sözləri yazmaqla cümlələri tamamlayın.
1. Aydan rəssamlıq sənətini ... öyrənmişdi.
2. General Əliağa Şıxlinski topçuların, yəni... qoşununun generalı
idi.
3. Qəzetdə Nigar xanım Şıxlinskaya haqqında bir məqalə ...
olunmuşdu.
4. Yazıçılar dövrün,... tələbinə uyğun olan əsərlər yazırdılar.
Nə anladın?
3
Mətnin məzmununa əsasən suallara cavab verin.
1. Nigar xanım neçənci ildə, harada anadan olmuşdur?
2. Nigar xanım hansı institutda təhsil almışdır?
3. Nigar xanım hansı dillərdə danışırdı?
4. Əliağa Şıxlinski kim idi?
Düşün və cavab ver
4
Mətnin birinci və sonuncu abzaslarındakı bilgilərdən istifadə etməklə aşağıdakı
suallara cavab verin.
• Nigar xanım Zaqafqaziya Qızlar İnstitutunu neçənci ildə
bitirmişdir?
• Nigar xanım vəfat edəndə neçə yaşı var idi
5
Aşağıdakı məlumatlar mətnin hansı yarımbaşlığını genişləndirə bilər?
General Əliağa Şıxlinski öz xatirələrində yazırdı:
"... Nigar həmişə xəstəxanada olurdu. Komitənin
sədrliyindən başqa, əsgərlər üçün evlərinə məktub
yazırdı. Əsgərlər onu "ana" deyə çağırırdılar."
6
Mətnə istinad edərək aşağıdakı fikirləri əsaslandırın.
1. Nigar xanım poliqlot idi.
2. Nigar xanım peşəsinin vurğunu idi.
3. Nigar xanım xeyriyyəçi idi.
4. Nigar xanım vətənpərvər insan idi.
Poliqlot-ana dilindən başqa, bir
neçə dili yaxşı bilən şəxs.